Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əskərova Aygül Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18