Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini olan 4 yaşlı S.B-ni küçə iti dişləyib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18