Qubada 28 yaşlı kişi su kanalına düşüb

Quba rayonunda 28 yaşlı kişi su kanalına düşüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzəməmməd kəndi ərazisində baş verib.

1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAz" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən suvarma kanalına düşüb.

Qeyd edək ki, həmin suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.

Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18