Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb

Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.

Araşdırma aparılır.

Digər xəbərlər