Xaçmazda 50 yaşlı qadın ağacdan yıxılaraq ölüb

Xaçmaz. 9 iyul. REPORT.AZ/ Xaçmazın Müzəffəroba kəndinin sakini bədbəxt hadisənin qurbanı olub.

"Report"un yerli bürosu xəbər verir ki, kənd sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38