Tovuzda avtomobil ağaca çırpılıb, 2 nəfər yaralanıb - FOTO

Tovuz. 17 fevral. REPORT.AZ/ Tovuz şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1985-ci il təvəllüdlü sürücü Ruslan İbrahimov və 1976-cı il təvəllüdlü sərnişin Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə iki minik maşını toqquşub.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26