Sumqayıtda gənc oğlan intihara cəhd edib

Sumqayıt. 11 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü yerli sakin Sadıxov Orxan İnşallah oğlu yaşadığı 18-ci mikrorayon, ev 38, mənzil 38-də özünə bıçaqla ağır xəsarətlər yetirib.

Yaralı kəsilmiş-deşilmiş yaralarla dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti hazırda orta-ağırdır.

İntihara cəhdin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər