Şamaxıda 27 yaşlı gənc bıçaqlanıb

Şamaxı. 9 aprel. REPORT.AZ/ Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19