Qax rayon sakini həmkəndlisini daşla vuraraq öldürüb

Bakı. 29 avqust. REPORT.AZ/ Qax rayonunun Qaşqaçay kəndində kənd sakini Aydın Babayev münaqişə zəminində həmkəndlisi Azad Əmrahovu daşla vurub. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, A.Əmrahov hadisə yerində ölüb. Qax rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev tutulub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14