İmişlidə yol qəzası baş verib, yaralanan var

İmişli. 16 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Pənah Həsənov və Həzi Aslanov küçələrinin kəsişməsində qeydə alınıb. 

Pənah Həsənov küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili Həzi Aslanov küçəsi ilə hərəkətdə olan KİA markalı avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, KİA markalı avtomobilin sürücüsü Toğrul Cəfərov bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48