İmişlidə məktəb psixoloqu döyülüb

İmişli. 16 oktyabr. REPORT.AZ/ İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. 

Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49