İmişlidə avtomobil ekskavatora çırpılıb, sürücü ölüb

İmişli. 8 oktyabr. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Gövhərli kəndində qeydə alınıb.

Belə ki, Naxçıvan sakini Vüsal Vidadi oğlu İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini qarşıdakı ekskavatorun arxa hissəsinə çırpıb. Nəticədə “Hyundai” avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48