İmişlidə 8 yaşlı uşağı avtomobil vurub

İmişli. 22 noyabr. REPORT.AZ/ İmişlidə avtomobil azyaşlı piyadanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan, 8 yaşlı Musa Əvəz oğlu Xudiyev piyada gedərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48