Gömrükçülər Rusiyadan gələn Azərbaycan vətəndaşının avtomobilində 8200 ədəd siqaret aşkar edib

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər