Gəncədə inzibati binadakı yanğın söndürülüb

Gəncə şəhər Nizami rayon Məhkəmə binasında baş verən yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

21:07

Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

20:56

Gəncə şəhər Nizami rayon Məhkəmə binasında yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsində olan otaqların birində qeydə alınan yanğının söndürülməsi üçün 3 yanğınsöndürən avtomobil və canlı qüvvə əraziyə cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, həmin binada Gəncə Ağır Cinayətlər Məhkəməsinin proseslərinin də aparıldığı binadır.

Digər xəbərlər

Bakıda mağazadan meyit tapılıb 12 yanvar, 2026 / 10:44