Bakı. 24 dekabr. REPORT.AZ/ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak edib. "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-dan 17-dək Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilib. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar edilib. Seminarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Samir Mahmudov təqdimatla çıxış edərək korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, hüquqi şəxslərin cinayət məsuliyyəti, istintaq sövdələşməsi və qanunsuz varlanma üzrə milli qanunvericilikdə edilən dəyişiklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak edib
Digər xəbərlər
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 11:31
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 10:34
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
24 oktyabr, 2026 / 09:37
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - Yenilənib
23 oktyabr, 2026 / 22:18
Gəncədə beşaylıq körpə ölüb
23 oktyabr, 2026 / 19:14
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
23 oktyabr, 2026 / 18:57
4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
23 oktyabr, 2026 / 17:54
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
23 oktyabr, 2026 / 17:26
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
23 oktyabr, 2026 / 16:29
Göyçayda evlərdən 24 min manat oğurlanıb
23 oktyabr, 2026 / 16:21
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
23 oktyabr, 2026 / 15:31
Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib
23 oktyabr, 2026 / 14:12
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
23 oktyabr, 2026 / 09:21
Neftçalada 13 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
22 oktyabr, 2026 / 22:57
Ordubadın Dırnıs kəndindən sel keçib
22 oktyabr, 2026 / 20:20
Naxçıvan Aqroservisin sədri həbs edilib
22 oktyabr, 2026 / 19:36
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
22 oktyabr, 2026 / 17:22
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
22 oktyabr, 2026 / 17:12
Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək
22 oktyabr, 2026 / 12:33