Bakının Nərimanov rayonunda gənc qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, H.Əliyev prospektində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Cəfərova Vüsalə Əfqan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.