Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar

Bakı. 3 aprel. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 2-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakini Zakir Qurbanova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Ruslan Xalıqov saxlanılıb.

Bundan başqa, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 1-nə keçən gecə Xətai rayonu ərazisindən Bakı şəhər sakini Rafiq Həsənova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Bağırov avtomobillə Hövsan qəsəbəsi ərazisində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47