Azərbaycana əl yükündə pnevmatik tapança gətirilməsinin qarşısı alınıb

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39