Azərbaycan gömrükçüləri 8200 ədəd siqaret aşkar edib

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyadan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03