Azərbaycan gömrükçüləri 7800 ədəd siqaret aşkar edib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şüşəsilən qurğusunun altından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48