Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb, sürücü ölüb

Ağdərədə betonqarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayonunun Yenidaşkənd kənd sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanovun idarə etdiyi "HOWO" markalı betonqarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər