Bakı. 17 iyul. REPORT.AZ/ "Qarabağ" klubu Polşanın "Legiya" (Varşava) komandasının futbolçusu Kristian Pasquatonu heyətinə qatmaq istəyib.
"Report" lgionisci.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, italiyalı oyunçu Azərbaycan klubunda çıxış etməkdən imtina edib.
Pasquato daha öncə qeyri-idman hərəkətlərinə görə, komandadan uzaqlaşdırılsa da, sonradan "Legiya"nın düşərgəsinə geri dönüb.
Qeyd edək ki, Kristian Pasquato İtaliyanın "Yuventus" klubunun yetirməsidir.