"İnter Mayami" "Kolumbus"a məğlub olaraq MLS-in pley-off mərhələsini tərk edib

"İnter Mayami" MLS-in pley-off mərhələsinin birinci turunun ikinci oyununda səfərdə "Kolumbus Kryu"ya məğlub olaraq turniri tərk edib.

"Report"un məlumatına görə, "ScottsMiracle-Gro Field" stadionundakı matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Kolumbus"un heyətində yeganə qolu Santyaqo Rodriqez 90+2-ci dəqiqədə vurub. Qonaqlar cavab qolunu vura bilməyiblər. Lionel Messi bütün matçı meydanda keçirib.

Beləliklə, "İnter Mayami" iki oyunluq bərabərlikdə 4:0 hesabı ilə məğlub olaraq pley-off mərhələsini tərk edibı. Komanda üçün mövsüm başa çatıb. "İnter Mayami" ilk oyunda 3:0 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, "İnter Mayami" MLS Şərq Konfransının turnir cədvəlində 60 xalla ikinci yeri tutut. "Kolumbus Kryu" isə 47 xalla yeddinci yerdə qərarlaşıb.

Digər xəbərlər