İngiltərə millisinin futbolçusu Dominik Kalvert-Lyuin "Lids"lə yeni müqavilə imzalayıb

İngiltərənin "Lids" klubu hücumçusu Dominik Kalvert-Lyuinlə sözləşməni yeniləyib.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın üzvü ilə 2,5 illik anlaşma əldə olunub.

Dominik Kalvert-Lyuin 2025-ci ilin yayında azad agent kimi "Lids"ə qoşulub. O, 2026/2027 mövsümündə meydana çıxdığı 13 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Digər xəbərlər