İngiltərə Premyer Liqasının 2026/27-ci illər mövsümünün XII turunun "Nottingem Forest" və "Çelsi" arasında keçirilən oyunu başa çatdı.
"Report" xəbər verir ki, Nottingemdəki "Siti Ground" stadionunda baş tutan oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı "Nottingem Forest"in hücumçusu İqor Jesus beşinci dəqiqədə açıb. Matçın 51-ci dəqiqəsində yarımmüdafiəçi Morqan Gibbs-Uayt penalti ilə ev sahiblərinin hesabdakı üstünlüyünü ikiqat artırıb. Oyunun 54-cü dəqiqəsində "Çelsi"nin hücumçusu Emanuel Emeqa vurulan qollardan birinin əvəzini çıxıb. Gibbs-Uayt 72-ci dəqiqədə dubl edib. Eyni zamanda Emeqa da 89-cu dəqiqədə ikinci qolunu vurub.
"Çelsi" 12 oyundan 16 xalla Premyer Liqa turnir cədvəlində səkkizinci yerdədir. "Nottingem Forest" mövsümdəki ümumi xallarını 12-yə çatdıraraq 14-cü yerə yüksəlib.