"Çelsi" və "Tottenhem" Sael Kembedi ilə maraqlanır

Almaniyanın "Volfsburq" klubunun futbolçusu Sael Kembedi karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, "Çelsi", "Tottenhem" və "Fulhem" klubları 21 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanırlar.

O, bu ay ilk dəfə Fransa millisinə də dəvət alıb.

Xatırladaq ki, Sael Kembedinin II Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. Oyunçu cari mövsüm 10 oyunda meydanda olub.

Digər xəbərlər