Aleks de Souza Braziliya klubunun baş məşqçisi təyin olunub

Braziliya yığmasının sabiq futbolçusu Aleks de Souza Braziliyanın "Seara" klubunun baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssis 2027-ci ilin sonunadək komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, sabiq futbolçu 2026-cı ilin əvvəlinədək "Operario Ferroviario"da işləyib, daha sonra isə "Atletik"də çalışıb.

Digər xəbərlər