"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu məğlub etsə, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. "Sabah" ilk çatçını səfərdə keçirəcək.