İyirmi yaşadək futbolçular arasında dünya çempionatının qrup mərhələsinin II turunda Fransa yığması ABŞ millisi ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Çilinin Rankaqua şəhərində keçirilən görüş amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ komandası hər üç qolu ikinci hissənin sonunda vurub - Xavyer Qozo (85), Bruklin Reynz (88) və Markos Zambrano (90+2) fərqlənib.
ABŞ komandası 6 xalla E qrupunda birincidir. Fransa yığması 3 xalla ikincisi sırada qərarlaşıb.
Oktyabrın 5-də qrup mərhələsinin son oyununda ABŞ Cənubi Afrika Respublikası, Fransa isə həmin gün Yeni Kaledoniya komandası ilə qarşılaşacaq.