Türkiyəli futbolçu İspaniya klubuna transfer olunub

Bakı. 14 iyun. REPORT.AZ/ İspaniyanın "Selta" klubu Türkiyənin "Trabzonspor" komandasının futbolçusu Okay Yokuşlunu heyətinə qatıb. 

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, Viqo təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə edib. Oyunçu artıq İspaniya klubunda tibbi müayinədən də keçib. "Selta"nın bu transfer üçün "Trabzonspor"a 6 milyon avro ödəyəcəyi deyilir. 

Qeyd edək ki, Okay Yokuşlu 2015-ci ildən "Trabzonsport"da çıxış edir. O, həmçinin Türkiyə millisinin üzvüdür.  

Digər xəbərlər