"Sumqayıt" Ukraynanın "Şaxtyor" klubunun futbolçusunu icarəyə götürüb

Bakı. 13 iyun. REPORT.AZ/ “Sumqayıt” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Report" klubun saytına istinadən xəbər verir ki, Ukrayna “Şaxtyor”unun yarımmüdafiəçisi Murad Xaçayevlə müqavilə imzalanıb. 20 yaşlı futbolçu 1 il icarə əsasında "Sumqayıt"da çıxış edəcək. 

Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən Murad Xaçayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin şərəfini qoruyur.

Digər xəbərlər