Bakı. 25 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, veteran futbolçu Samir Ələkbərovdur.
Ələkbərov son olaraq Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında baş məşqçi vəzifəsini icra edib. O, 2004-2005-ci illərdə "Neftçi", 2006 - 2008-ci illərdə isə “Xəzər Lənkəran”da köməkçi-məşqçi olub.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"da qapıçılarla iş üzrə köməkçi-məşqçi vəzifəsinə Emil Babayev təyin olunub.