Bakı. 20 may. REPORT.AZ/ Qlazqonun "Seltik" komandası futbol üzrə Şotlandiya Kubokunun final matçında "Mazervell" klubunu 2:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qalib komandanın heyətində Kallum Makqreqor və Jül Olivye Ntşan fərqlənib.
"Seltik" üçün milli Kubokda qələbə ardıcıl 2-ci, ümumilikdə isə 38-ci dəfə olub. Qlazqo klubu bu mükafat üzrə rekordsmendir. O, "Reyncers"i 5 qələbə qabaqlayır.