"Səbail" klubu beşinci transferini rəsmiləşdirib

Bakı. 8 iyun. REPORT.AZ/ "Səbail" klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Vüqar Bəybalayevi heyətinə qatıb.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Səbail" klubu daha öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Orxan Əliyevi heyətinə qatıb.

Digər xəbərlər