Azərbaycanın iki komandası Antalyada problemlə üzləşib

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın iki komandası problemlə üzləşib.

“Report” xəbər verir ki, “Səbail”in Qazaxıstan “Kaysar”ı ilə oyunu güclü dolu səbəbindən 20-ci dəqiqədə yarımçıq dayandırılıb və ləğv edilib. 

Həmçinin “Qəbələ”nin Rusiyanın “Fakel” kollektivi ilə bu günə nəzərdə tutulan matçı da baş tutmayıb. Klubdan “Report”a verilən məlumata görə, Bakı vaxtı ilə saat 18:00-da start götürməli olan qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilib. 

Qeyd edək ki, Antalya toplanışı ərzində Azərbaycanın bir çox komandasının oyunları da güclü yağış üzündən baş tutmayıb.

Digər xəbərlər