Sabir Buqrin "Neftçi"yə qayıda bilər

Tunisin "Esperans" klubunun futbolçusu Sabir Buqrin "Neftçi"yə qayıda bilər.

Bu barədə "Report"a 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, yenidən "ağ-qaralar"da çıxış etmək ehtimalının olduğunu söyləyib.

Qeyd edək ki, Sabir Buqrin 2020 - 2022-ci illərdə "Neftçi"nin formasını geyinib. Mərakeşəsilli belçikalı oyunçu 2020/2021 mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52