Rusiya Futbol İttifaqı Stanislav Çerçesovla müqavilənin müddətini uzadacaq

Bakı. 26 iyul. REPORT.AZ/ Rusiya Futbol İttifaqı milli komandanın baş məşqçisi Stanislav Çerçesovla müqavilənin müddətinin uzadılıması ilə bağlı razılıq əldə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü İqor Lebedev bildirib. O, deyib ki, yaxın günlərdə 55 yaşlı mütəxəssislə 2+2 şərti ilə müqavilə bağlanılacaq.

Qeyd edək ki, Çerçesov 2016-cı ilin avqustundan Rusiya yığmasının baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 2018-ci il dünya çempionatında 1/4 finalda qədər irəliləyib və finalçı Xorvatiya millisinə uduzub. 

Digər xəbərlər