Ramil Şeydayev "Trabzonspor"a qələbə qazandırıb - VİDEO

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində mövsümlərarası hazırlıq dövründə ilk qolunu vurub.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə yoxlama matçında fərqlənib. 

67-ci dəqiqədə meydana daxil olan Şeydayev bundan 5 dəqiqə sonra rəqib qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirərək, tora göndərib.

Bu qol sayəsində "Trabzonspor" qələbə qazanıb - 1:0.

Digər xəbərlər