Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
"Report"un məlumatına görə, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edəcək.
Matç saat 16:00-da başlayacaq. "Ağ-qaralar" 28 xalla 3-cü, meydan sahibləri 22 xalla 8-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.