"Neftçi"nin yeni baş məşqçisinin müqavilə müddəti müəyyənləşib

Bakı. 8 iyun. REPORT.AZ/ “Neftçi” futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin müqaviləsinin müddəti müəyyənləşib. 

“Report” xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis bu gün Bakı Olimpiya Stadionunda baş tutan təqdimatda 2 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Roberto Bordin bu postda Tərlan Əhmədovu əvəzləyib.

Digər xəbərlər