“Neftçi” braziliyalı futbolçu Andre Şinyaşikinin transferini açıqlayıb.
“Report” xəbər verir ki, Bakı klubu 26 yaşlı hücumçunun keçidini xüsusi videoçarxla təqdim edib.
ABŞ-ın “Şarlott” klubundan alınan forvard yeni komandasında 9 nömrəli formanı geyinəcək. O, "ağ-qaralar"la 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Andre Şinyaşiki karyerası ərzində indiyə qədər yalnız ABŞ-da çıxış edib.