"Napoli"nin hücumçusu karyerasını Portuqaliya klubunda davam etdirə bilər

İtaliyanın "Napoli" klubunun hücumçusu Lorentso Lukka karyerasını Portuqaliyada davam etdirə bilər.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, "Benfika" futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

İllik məvacibi 2 milyon avro olan futbolçu üçün "Napoli"nin icarə haqqı tələb etdiyi bildirilir. 2025-ci ildən Neapol təmsilçisinin formasını geyinən futbolçu İtaliyanın digər klubu "Udineze"dən məcburi satınalma şərti ilə icarəyə götürülüb.

Qeyd edək ki, 25 yaşlı ön xətt oyunçusu cari mövsümdə meydana çıxdığı 20 matçda 2 qol vurub.

Digər xəbərlər