Premyer Liqa: Turun son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib

Misli Premyer Liqasında XXIX tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu oyunda "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0.

20-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə isə İqor Ribeyro fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" üçüncü pillədə qərarlaşıb. Yeddinci sıradakı "Sumqayıt"ın 29 xalı var.

Günün ilk görüşündə "Neftçi" səfərdə "Şamaxı"nı iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb

Xəbər lenti

Amerika Çinlə barışmaq istəyir 10 aprel, 2025 / 23:34