Millətlər Liqası: Fransa Xorvatiya ilə heç-heçə edib, Qazaxıstan Slovakiyaya qalib gəlib

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu qrupda Danimarka Avstriyanı səfərdə 2:1 hesabı ilə üstələyib.

B Liqasının yeganə oyununda İslandiya Albaniya ilə heç-heçə edib - 1:1.

C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qolsuz bərabərliyə razılaşıb. Qazaxıstan isə gözlənilmədən səfərdə Slovakiyanı minimal hesabla yenib - 1:0

Nəhayət, D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteynə qalib gəlib - 1:0. Andorra - Moldova maçtında isə hesab açılmayıb.

A Liqası

1-ci qrup

Avstriya - Danimarka - 1:2

Qollar: Ksaver Şlager, 67 - Pyer-Emil Höybyerq, 28. Yens Larsen, 84

Xorvatiya - Fransa - 1:1

Qol: Andrey Kramarik, 83 (p) - Adrien Rabyo, 52

Digər xəbərlər