"Milan" üç aparıcı futbolçusunu satmağa hazırdır

İtaliyanın "Milan" klubu cari mövsümün sonunda zəif nəticələr fonunda heyətdə köklü dəyişikliklər edə bilər.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyeri" rəhbərliyi hətta 3 ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə belə hazırdır.

Bunlar qapıçı Mayk Menyan, cinah müdafiəçisi Teo Ernandes və hücumçu Rafael Leaudur.

Menyan və Ernandesin müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. Qolkiper sözləşmənin yenilənməsi üçün razılığa da gəlib. Lakin bu, onun komandada uzun müddət qalacağına zəmanət vermir. Ernandesin taleyi isə qeyri-müəyyəndir. Klub qışda onu "Komo"ya 50 milyon avroya satmaq istəsə də, futbolçu getmək istəməyib. "Milan" yay transfer dönəmində onun satışından pul qazanmaq niyyətindədir.

Leaunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Buna baxmayaraq, A Seriyası təmsilçisi portuqaliyalı forvard üçün də danışıqlara hazırdır.

Digər xəbərlər