KİV: "Milan" baş məşqçisi ilə yollarını ayırıb

Marko Campaolo İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə jurnalist Fabrisio Romano şəxsi "Twitter" səhəfisində məlumat verib. Bildirilib ki, 52 yaşlı italiyalı mütəxəssisi həmyerlisi Stefani Pioli əvəzləyəcək.

Qeyd edək ki, Marko Campaolo "Milan"ın sükanı arxasına iyunda keçmişdi. Stefano Pioli isə son olaraq "Fiorentina" komandasına rəhbərlik edib.

Digər xəbərlər