İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti" Londonun "Çelsi" klubunu məğlub edib.
"Report" xəbər verir ki, oyun Londondakı "Stemford Bric" stadionunda baş tutub.
"Mançester Siti" rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 18-ci dəqiqədə Erlinq Halann, 84-cü dəqiqədə isə Mateo Kovaçiç fərqlənib.
Növbəti turda "Mançester Siti" öz meydanında "İpsviç Taun"la qarşılaşacaq. "Çelsi" isə səfərdə "Vulverhempton"la üz-üzə gələcək.