"Mançester Siti"dən darmadağın, "Real Madrid" məğlubiyyətdən qurtuldu

UEFA Çempionlar Liqasında II turun ilk oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, A qrupunda Almaniya "Bavariya"sı ilə yanaşı, İspaniya "Atletiko"su da qələbə qazanıb.

B qrupunda İspaniyanın digər təmsilçisi "Real Madrid" Almaniyanın Mönhenqladbax şəhərində "Borussiya"ya məğlubiyyətdən son anda qurtulub. "Şaxtyor" isə Ukraynada İtaliya "İnter" ilə heç-heçə edərək, liderliyini qoruyub.

C qrupunda "Portu" Portuqaliyada Yunanıstan "Olimpiakos"unu, İngiltərənin "Mançester Siti" komandası isə Fransada "Marsel"i yenməyi bacarıb.

D qrupunda isə İngiltərə "Liverpul"u evdə "Danimarka "Midtüllann"ını yendiyi halda, "Atalanta" İtaliyada Hollandiya "Ayaks"ı ilə heç-heçə edib.

Çempionlar Liqası
II tur
27 oktyabr

A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2

Qollar: Anton Mirançuk, 70 - Leon Qoretska, 14. Coşua Kimmix, 79

Digər xəbərlər