"Mançester Siti" 115 milyon avro qiyməti olan futbolçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, Nottingem klubu futbolçusuna 115 milyon avro qiymət müəyyənləşdirib.

"Mançester Siti" futbolçunu transfer etmək üçün yüksək məbləğdə ödəniş etməyə hazırdır. İngiltərə millisinin 23 yaşlı üzvünü İngiltərənin digər klubu "Mançester Yunayted" və "Real" (İspaniya) da heyətində görmək istəyir.

Qeyd edək ki, E.Anderson bu mövsüm komandasının heyətində 18 matçda iştirak edib, 1 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər xəbərlər